Xəbər lenti

Daha bir ölkə Rusiyaya qarşı: 5 diplomat arzuolunmaz şəxs elan edildi
Dünya12:46 28.03.2022

Daha bir ölkə Rusiyaya qarşı: 5 diplomat arzuolunmaz şəxs elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Makedoniya 5 Rusiya diplomatını arzuolunmaz şəxs (persona non qrata) elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə bu barədə TASS MİA agentliyinə istinadən xəbər verib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra bir sıra Avropa ölkələri bu ölkənin diplomatlarını cəsusluqda ittiham edərək ölkələrindən qovub. 
Rusiya diplomatik korpusu ən böyük zərbəni Polşadan alıb. Belə ki, 23 martda Polşanın Daxili Təhlükəsizlik Agentliyi 45 rusiyalı diplomatını cəsusluqda ittiham edərək ölkəni tərk etmələrini tələb edib.
Həımçinin Bolqarıstan (10 dilomat), Slovakiya (3), Estoniya (3), Litva (4) və Latviya (3) Rusiya diplomatını Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətdə ittiham edərək arzuolunmaz şəxs elan edib.
Nizami Bağırov