Xəbər lenti

Daha bir ölkə spirtli içkilərə qadağa qoydu
Dünya07:24 20.06.2013

Daha bir ölkə spirtli içkilərə qadağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollandiya parlamenti 18 yaşına çatmayan şəxslərə alkoqollu içkilərin satışının qadağan edilməsi ilə bağlı qanun qəbul edib.  

Qaynar.info-nun məlumatına görə, iqtidardakı Fəhlə Partiyası 3 müxalifət partiyası ilə birlikdə təqdim etdiyi qanun layihəsinə parlamentdəki əksər partiyalar səs verib. 

Gələn ildən qüvvəyə minəcək qanuna əsasən spirtli içkilərin satış yaşı 16-dan 18-ə qaldırılacaq. 

Qeyd edək ki, ictimai yerlərdə spirtli içkilərin qadağan olduğu Hollandiyada statistikaya görə, hər il orta hesabla 700 azyaşlı içki koması ilə xəstəxanalara yerləşdirilir.

Qaynar.info