Sinqapur hakimiyyəti Ukraynaya hücumuna görə Rusiyaya qarşı maliyyə və ixrac sanksiyaları tətbiq etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Sinqapur Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bu sanksiyalar Rusiyanın Ukraynaya qarşı müharibə aparması və onun suverenliyinə xələl gətirməsi imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır”, - bəyanatda deyilir.
O cümlədən, sanksiyalar Rusiyaya ikili təyinatlı malların, eləcə də "Elektronika”, "Kompüterlər” və "Telekommunikasiya və informasiya təhlükəsizliyi” kateqoriyalarından olan məhsulların ixracına şamil edilir.
Bundan əlavə, indi Sinqapurdakı banklara və digər maliyyə institutlarına Rusiyanın dörd bankı - VTB, VEB.RF, "Promsvyazbank” və "Rossiya” ilə əməliyyatlar aparmaq qadağandır.
"Maliyyə institutları bu dörd bankın istənilən aktiv və vəsaitlərini dondurmalıdır", - Sinqapur Xarici İşlər Nazirliyi bildirib.
Alpər