Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının ardından Avstraliyada da "Boeing 737 Max-8" tipli təyyarələrin ölkəyə giriş və çıxışına qadağa qoyulub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya hava yolları şirkətlərinin verdiyi məlumata görə, onların balansında bu tip təyyarələr yoxdur, lakin sözügedən təyyarələrlə Sinqapurun SilkAir və Fiji hava yolları şirkətləri ölkəyə sərnişin daşınması ilə məşğul olur. SilkAir özü bu tip təyyarələrin uçuşlarının dayandırıldığını bildirdiyi üçün, sözügedən məhdudlaşdırma sadəcə Fiji şirkətinin reyslərinə tətbiq olunacaq.
Qeyd edək ki, daha öncə Sinqapur, Çin, Argentina və Efiopiya Cayman adaları bu tip təyyarələrin uçuşuna qadağa qoyub.