Cənubi Amerika ölkəsi Ekvadorda eyni cinsli nikahlara icazə verilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, 9 nəfərlik Konstitusiya Məhkəməsində keçirilən səsvermədə 5 nəfər eyni cinsin nümayəndələrinin nikahının leyhinə səs verib. Digər 4 nəfər isə məsələnin parlamentdə müzakirə edilməli olduğunu bildirib.
Qeyd edək ki, Cənubi Afrika ölkələrindən Argentina, Braziliya, Kolumbiya, Uruqvayda da homoseksual cütlüklərin evlənmək hüquqları var.
Gülşən