Livanda koronavirusun "omikron" ştamına yoluxma qeydə alınıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yeni ştam ilk dəfə Livanda Afrikadan gələn iki nəfərdə aşkar edilib.
Virusa yoluxanlar xəstəliyin yüngül əlamətləri ilə ev şəraitində təcrid olunub.