Xəbər lenti

Daha bir ölkənin baş naziri istefa verdi (FOTO)
Dünya14:15 12.10.2021

Daha bir ölkənin baş naziri istefa verdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin baş naziri Erna Sulberq vəzifəsindən istefa verib.
Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bu qərar sentyabrda keçirilmiş parlament seçkilərində hakim Mühafizəkarlar partiyasının məğlub olması ilə əlaqədar verilib.
Qeyd olunur ki, E.Sulberq istefa ərizəsini kral 5-ci Haralda təqdim edib.
Yaxın günlərdə kralın yeni hökumətin formalaşdırması üçün İşçi partiyasının lideri Yonas-Qar Störeyə müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 13-də keçirilmiş parlament seçkilərində İşçi partiyası 26,4 faiz, Mühafizəkarlar partiyası 20,5 faiz səs toplamışdı.