“Seçkidə müstəqil şəkildə iştirak edəcəyik”. Bunu Qaynar.info-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev deyib. O bildirib ki, MHDP qarşıdan gələn prezident seçkilərində iştirak edəcək: “Mənim namizədliyimin irəli sürülməsi partiyanın sabahkı toplantısında bilinəcək. Amma biz seçkilərdə müstəqil şəkildə iştirak etmək fikrindəyik. Yəni heç bir quruma qoşulmayacağıq. Heç bir namizədi dəstəkləmək fikrimiz də yoxdur”.
Qeyd edək ki, 7 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.
MSK, artıq Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Orucun prezidentliyə namizədliyini təsdiq edib.