Xəbər lenti

Daha bir PUA Moskva vilayətində düşdü - Ukrayna dron hücumuna başlayıb?
Dünya12:23 28.02.2023

Daha bir PUA Moskva vilayətində düşdü - Ukrayna dron hücumuna başlayıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva vilayətinin Kolomna şəhər rayonunda pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə bölgənin qubernatoru Andrey Vorobyov "Telegram" kanalında bildirib.
"Hədəf yəqin ki, mülki infrastruktur obyekti olub, ancaq oraya ziyan dəyməyib. Tələfat və dağıntı yoxdur. FSB və digər səlahiyyətli orqanlar vəziyyətlə məşğul olur, heç bir şey sakinlərin təhlükəsizliyini təhdid etmir", - o deyib. 
LIFE-ın məlumatına görə, pilotsuz təyyarə "Qazprom” obyekti yaxınlığında qəzaya uğrayıb. Söhbət, ilkin məlumatlara görə, UJ-22 Hava Airbone PUA-sından gedir.
Daha əvvəl Müdafiə Nazirliyi məlumat vermişdi ki, Ukrayna Silahlı Qüvvələri fevralın 28-nə keçən gecə Krasnodar diyarının və Adıgey Respublikasının mülki infrastrukturuna hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə etməyə cəhd edib, bütün PUA-lar sıradan çıxarılıb.
Bundan əvvəl isə Belqorodda daha 4 PUA düşüb.
Alpər