ABŞ-ın Alyaska ştatının Betel şəhəri yaxınlığında kiçik həcmli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Yute Air” aviaşirkətinə məxsus təyyarə Betel şəhərindən Kipnuk məntəqəsinə uçurmuş.
Təyyarədə bir pilot, dörd sərnişin olub və hamısı qəzada ölüb.