Xəbər lenti

Daha bir türk eposu UNESCO-da
Dünya07:26 04.04.2013

Daha bir türk eposu UNESCO-da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qırğızların keçmiş tarixindən bəhs edən və dünyanın ən böyük dastanlarından sayılan Manas dastanı və onun əlavəsi sayılan Semetey, Seytek üçlüyü UNESCO-nun qeyri-maddi mədəni irsinin siyahısına daxil ediləcək. 

Qaynar.info-nun məlumatına görə, Qırğızıstan parlamentinin deputatı və ölkənin UNESCO-dakı nümayəndəsi Karqanbek Samakov Manas, Semetey və Seytek üçlüyünün UNESCO-nun qeyri-maddi mədəni irsinin siyahısına daxil ediləcəyini söyləyib. 

Bu il Parisdə keçirilən UNESCO-nun maddi irslər siyahısı tərəfindən dastanların da qeydə alınması üçün qərar qəbul olunduğunu deyən Samakov bunun qırğız tarixinin məşhur dastanının dünya xalqına daha yaxından tanıtmaq üçün bir fürsət olduğunu deyib. 

Qaynar.info