Xəbər lenti

Daha bir türk generalı azadlıqda
Dünya20:11 19.06.2014

Daha bir türk generalı azadlıqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Balyoz” planı işi üzrə şübhəlilərdən istefada olan general Çətin Doğan Anadolu 4-cü Ağır Cəza Məhkəməsinin qərarı əsasında Silivri həbsxanasından azadlığa buraxılıb. 

Musavat.com xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Çətin Doğan azadlığa çıxdıqdan sonra sərt açıqlamalar verib. “Bu dava bitməyəcək. Mən qiyamçı yox, Mustafa Kamalın əsgəriyəm demişdim. Mən devrimçiyəm. Mən ad günümü barmaqlıqlar arxasında keçirdim. Ədalət yerini tapdı deyə xoşbəxt olduğumu deməyim çftindir. Burada şəhidlər verdik. Əsas vətən xainləri bu davaları önə sürərək, gerçək təhlükələri qonşularımızın əlinə verdilər”.

Xatırladaq ki, 200-dən çox general və digər yüksək rütbəli zabitin "Balyoz planı" işi üzrə həbsdən buraxılamasına qərar verilib.