Xəbər lenti

Ekonomiks 11:24 19.10.2023

Daha hansı banklar bağlana bilər? (AÇIQLAMA)

"Muğan Bank" ən problemli bank idi".
 
Bunu Qaynarinfo-ya vəkil Əkrəm Həsənov bankın lisenziyasının ləvğ edilməsindən danışarkən deyib. Vəkil qeyd edib ki, sözügedən bankın bağlanması təccüblü deyil:

"Mərkəzi Bankın rəhbərliyi bir il bundan əvvəl açıqlama vermişdi ki, problemli, tələblərə riayət etməyən banklar bağlanacaq. Mərkəz Bank bütün problemli banklara tələblər qoyub. Bildirib ki, onlar qanuna riayət etməli, eyni zamanda problemləri varsa, onu da həll etməlidir. Əgər, bankın vəsaitləri də çatırsa, səhmdarları, sahibləri əlavə vəsait qoymalıdır".



"Bu il başqa banklarda bağlana bilərmi" sualına cavab olaraq isə ekspert bildirib ki, bu il hansısa bankın bağlanacağını düşünmür.

Qeyd edək ki, "Muğan Bank” ASC ləğv edilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. 

"Muğanbank" ASC 1992-ci ildən fəaliyyət göstərir. "Muğanbank” ASC "Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı kimi tanınır. Bankın səhmlərinin 40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə, 16,27%-i Vəfa Vəliyevaya, 9,22%-i Fəridə Mehdiyevaya, 0,66%-i Elmir Mehdiyevə məxsusdur.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->