Xəbər lenti

Daha iki gəmi Odessa vilayətini Qara dənizdəki müvəqqəti dəhlizlə tərk etdi
Dünya13:26 01.09.2023

Daha iki gəmi Odessa vilayətini Qara dənizdəki müvəqqəti dəhlizlə tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Odessa vilayətində yerləşən Yujnı limanından iki yük gəmisi yola düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi bildirib. 
Keçən fevralda Rusiya işğalı başlayandan bəri yük daşıyıcıları limanda bloklanıb.
"Anna-Theresa” (Liberiya bayrağı) və "Ocean Courtesy” (Marşal adaları) yükdaşıyıcıları Yujnı limanını tərk edərək, yaradılmış dəhlizlə Bosfora doğru hərəkət edirlər. Gəmidə 56 min ton çuqun və 172 min ton dəmir filizi konsentratı var. Hər iki yük daşıyıcısı Sinqapur Gəmiçiliyi tərəfindən idarə olunur”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Kiyev dəhlizin yaradılmasını Rusiyanın Ukrayna limanlarından taxıl daşımalarının təhlükəsiz naviqasiyasını təmin etmək məqsədi daşıyan taxıl sazişindən çıxmasından sonra elan edib. 
Hərbçilərin sözlərinə görə, müvəqqəti dəhliz ilk növbədə müharibə başlayandan Ukraynanın Çernomorsk, Odessa və Yujnı limanlarında olan gəmilərin çıxışı üçün istifadə olunacaq.
Nizami Bağırov