Xəbər lenti

Dahinin incisi üzə çıxdı - Möhtəşəm tapıntı - FOTOLAR
Dünya07:31 06.09.2013

Dahinin incisi üzə çıxdı - Möhtəşəm tapıntı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dahi rəssam Vinsent Van Qoqun itmiş, məhv olmuş əsərlərindən biri tapılıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dahi rəssam barədə "The Sunflowers are Mine: The Story of Van Gogh Masterpiece" ("Mənim günəbaxanlarım: Van Qoqun şedevrinin tarixçəsi") kitabının müəllifi, britaniyalı yazıçı və sənətşünas Martin Beyli 70 il əvvəL yoxa çıxmış "Günəbaxanlar" əsərini aşkarlayıb.
 
Van Qoq dünya rəngkarlığının şedevrlərindən sayılan "Günəbaxanlar" əsərinin 7 versiyasını çəkmişdi.
Bu tablolardan biri 1948-ci ildən bəri adı açıqlanmayan milyonçunun şəxsi kolleksiyasındadır və indiyədək göstərilməyib.
 
5 "Günəbaxanlar" dünyanın müxtəlif muzeylərindədir.
Sonuncu, 7-ci "Günəbaxanlar" isə İkinci Dünya Müharibəsi illərində ABŞ Yaponiyanı bombalayanda yoxa çıxmışdı.
Ekspertlər 7-ci versiyanın 1945-ci ildəki nüvə bombardmanında məhv olduğunu düşünürdülər.
"Günəbaxanlar"ın 7 versiysasını çəkəndə dahi hollland rəssam o qədər dərin depressiyaya düşmüşdü ki, qulağını kəsmişdi.
 
"Yeddinci, sonuncu "Günəbaxanlar" yapon kolleksioner Koyata Yamamotonun şəxsi kolleksiyasında idi. 1945-ci ilin avqustun 6-da amerikalılar Hirosima şəhərinə nüvə bombası atılanda "Günəbaxanlar" həmin şəhərdə idi. Biz də əsərin məhv olduğunu düşünürdük. Əsəri kitabı yazarkən tapdım", - Beyli bildirib.

Qaynar.info