Xəbər lenti

Dağıstanda silahlılar polis əməkdaşlarını atəşə tutublar
Dünya19:40 24.05.2016

Dağıstanda silahlılar polis əməkdaşlarını atəşə tutublar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağıstanın Şamil rayonu ərazisində silahlılar polis əməkdaşlarını atəşə tutublar. 
APA-nın xəbərinə görə, bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.  
“Dağıstanın Şamil rayonunda silahlılar retranslyasiya qülləsinə atəş açıblar. Silahlılar hadisə yerinə gələn polis əməkdaşlarını da atəşə tutublar”, - deyə mənbə bildirib.
Hazırda hücum edən şəxslərin axtarışları davam etdirilir. Retranslyasiya qülləsində partlayıcı qurğunun olub-olmaması yoxlanılır.  
Qaynarinfo.az