Buddist lider Dalay Lama Birmada müsəlmanlara qarşı törədilən qırğınların dayandırılması üçün çağırış edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dalay Lama müsəlman qırğınlarından təəssüfləndiyini bildirərək buddist rahiblərdən bu qırğınları dayandırmasını istəyib.
O qeyd edib ki, törədilən qırğınlar buddist inancına yaraşmır. “Müsəlman qardaşlarımız” deyə etdiyi çıxışında rahibləri xəbərdar edərək buddizmdə qırğınlara və zorakılığıa yer olmadığını vurğulayıb. Dini rəhbər son vaxtlar müsəlmanlara qarşı artan hücumlar nəticəsində minlərlə müsəlmanın ölümündən və didərgin düşməsindən təəssüfləndiyini də qeyd edib.