Xəbər lenti

Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə - Rusiyanın mövqeyi
Siyasət17:43 04.05.2016

Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə - Rusiyanın mövqeyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyən olunacaq”.

Bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov “Ria Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin Qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı xəbərlərə görə təlaşa düşməyə heç bir ehtiyac yoxdur: “Çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən olunmayacaq. Ermənistan bu məsələni müzakirə etmir. Müxalifətdən olan iki deputat- Zarui Postancyan və Qrant Baqratyan bu qanun layihəsinin müəllifləridir. Və Ermənistan hökuməti öz qanunlarına görə bu qanun layihəsinə rəy bildirməlidir. Məndən olsa, hazırda nə həyəcana düşmək, nə də ki, çaxnaşma yaratmaq lazımdır”.

İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığında, eləcə də aprel hadisələrindən sonra onunla Moskvada görüşümüzdə mənə dəfələrlə aydın şəkildə dedi ki, Ermənistan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bu isə o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyən olunacaq”, - deyə Lavrov vurğulayıb. (qafqazinfo)

Qaynarinfo.az