"Putinin cinayətkar rejimi Ukraynaya qarşı müharibəni bitirənə qədər Rusiyanın digər sərhədyanı rayonlarında da bu cür irəliləyişlər olacaq. Rusiyalılar Rusiya Federasiyasının heç bir yerində özlərini təhlükəsiz hiss etməyəcəklər”.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.
"Bryansk, Kursk, Voronej vilayətləri və digər bölgələr - o rejimə qarşı olan Rusiya vətəndaşlarının sayını nəzərə alsaq, onlar təhlükəsiz ola bilməzlər, təbii ki, onlar Rusiya Federasiyasının istənilən yerində etiraz edə bilərlər. Üstəlik, əminəm ki, bu, Qələbəmizə doğru davamlı proses olacaq”, - Danilov bildirib.
Danilov bu bəyanatı RDK və "Rusiya azadlığı” legionunun Rusiya Federasiyası ərazisində əməliyyatı fonunda verib. UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, mayın 22-də bu bölmələrin əsgərləri Rusiyanın Belqorod vilayəti ərazisində əməliyyata başlayıb.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib ki, Putin rejiminə qarşı üsyançıların məqsədi, xüsusən, mülki ukraynalıları qorumaq üçün "təhlükəsizlik zonası” yaratmaqdır. Eyni zamanda o, əməliyyatda yalnız rusların iştirak etdiyini vurğulayıb.
Döyüşçülər özləri Rusiya ilə Ukrayna arasında hərbisizləşdirilmiş zona yaratmaq, Putin rejiminə xidmət edən təhlükəsizlik qüvvələrini məhv etmək, həmçinin Rusiya xalqına müqavimət ocaqları yaratmaq və rejimə qarşı mübarizə aparmağın mümkün olduğunu göstərmək istədiklərini bildiriblər.
Alpər