Danimarkanın xarici işlər naziri Anders Samuelsen Tehran səfirini geri çağırıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qərara səbəb kimi ötən gün İran kəşfiyyatının Danimarkada terrora cəhd etməsi göstərilib.
Qeyd edək ki, dünən İranın Əhvazın Qurtuluşu üçün Ərəb Mübarizə Hərəkatının üzvlərinə qarşı sui-qəsdə cəhd etdiyi iddia edilir. 21 oktyabrda isə İsveçin Qöteborq şəhərində İran əsilli Norveç vətəndaşı terror ittihamı ilə həbs olunmuşdu.
Gülşən