Danimarka kraliçası II Marqret Yeni il müraciətində 2024-cü il yanvarın 14-də taxtdan imtina etmək niyyətində olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, 83 yaşlı II Marqret taxt-tacı oğlu, vəliəhd şahzadə Frederikə ötürəcək. Kraliçanın müraciəti Danimarkanın TV 2 kanalı tərəfindən yayımlanıb.
II Marqretin dediyinə görə, 2023-cü ildə belindən keçirdiyi əməliyyat onu taxt-tacı oğluna ötürmək barədə düşünməyə vadar edib. "Mən qərar verdim ki, indi doğru vaxtdır. 2024-cü il yanvarın 14-də, sevimli atamı əvəz edəndən 52 il sonra Danimarka kraliçası vəzifəsindən ayrılacağam", deyə Kraliça bildirib.
TV 2 qeyd edib ki, kraliçanın taxtdan imtina etmək qərarı Danimarkada kral ailəsinin bir çox nəsillər boyu davam edən ənənəsini pozur. 1972-ci il yanvarın 14-də Danimarka kralı IX Frederik vəfat edib, bundan sonra taxt onun qızı II Marqretaya keçib. Tacqoyma zamanı onun 31 yaşı var idi. Danimarka tarixində onun hakimiyyəti ən uzun sürən hakimiyyət olub.
Aydın