Danimarka millət vəkilləri artan inflyasiyanın və yüksək enerji qiymətlərinin təsirini azaltmaq üçün yaşlı insanlara nağd pul paylanmasına razılıq veriblər.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə Danimarka Maliyyə Nazirliyinin açıqlamasında
bildirilib.
Maliyyə Nazirliyi cümə günü bildirib ki, Danimarka qanunvericiləri artan inflyasiyanın və yüksək enerji qiymətlərinin təsirini yumşaltmaq üçün yaşlılara nağd pul yardımı və ümumi məbləği 439 milyon dollar olan digər tədbirlər haqqında razılığa gəliblər.
Onun sözlərinə görə, aztəminatlı hər bir qocaya 700 dollar məbləğində yardım göstəriləcək.
"Danimarka iqtisadiyyatı prinsipial olaraq güclüdür, lakin Putinin Ukraynadakı müharibəsindən sonra qiymətlərin artması ilə üzləşir, - maliyyə naziri Nikolay Vammen deyib. - Ona görə də mən şadam ki, biz indi inflyasiyadan xüsusilə təsirlənən bəzi şəxslərə kömək əli uzada bilərik”.
Nurlan Hüseynov
Şərhlər