Xəbər lenti

Dünya 16:18 25.08.2023

Danimarka Quranın yandırılmasını qadağan edir

Danimarka hökuməti cümə günü bildirib ki, Skandinaviya ölkəsinin bir sıra müsəlman ölkələri ilə artan gərginliyi azaltmaq səylərinin bir hissəsi olaraq ictimai yerlərdə Quran nüsxələrinin yandırılmasını qeyri-qanuni edən qanun layihəsi təklif edir.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

"Hökumət dini icma üçün böyük dini əhəmiyyət kəsb edən əşyalarla yanlış rəftar edilməsini qadağan edən qanunvericilik təklif edəcək", - deyə  ədliyyə naziri Peter Hummelqaard bildirib. 

Təklifdə, məsələn, Quran, İncil və ya Tövratın publik şəkildə yandırılmasına görə cəza nəzərdə tutulur.

Son həftələr Danimarka və İsveçdə Quran nüsxələrinin yandırılması və ya başqa yolla zədələnməsi ilə bağlı bir sıra etiraz aksiyaları keçirilib və bu, Skandinaviya hökumətlərindən müqəddəs kitablarını yandırmağı dayandırmağı tələb edən müsəlman ölkələrində hiddət doğurub.

Məlumata görə, İsveç hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsinə və müsəlman dövlətləri ilə gərginliyə səbəb olan Quran yandırma tədbirlərinin qadağan edilməsi imkanlarını araşdırmaq üçün müvəqqəti komissiya yaratmaq qərarına gəlib.

Bundan əlavə, Quranın yandırılması ilə bağlı aksiyalar fonunda İsveç sərhəd nəzarətini və daxili yoxlamaları gücləndirib, həmçinin terror təhlükəsi səviyyəsini artırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->