Xəbər lenti

Dünya 12:59 15.11.2023

Danimarka Rusiya neft tankerlərinin bazarlara keçidini əngəlləyə bilər –  Financial Times

Qərb Rusiya neftinə qiymət məhdudiyyətləri tətbiq etməyin yeni yollarını araşdırır. Avropa İttifaqının yeni planlarına əsasən, Danimarka sularından keçən Rusiya neft tankerlərini yoxlamaq və bloklamaqla məşğul olacaq.
 
Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər verir.  

G7 ölkələri, Avropa ittifaqı və Avstraliya keçən ilin dekabrında Ukraynanın işğalı səbəbindən Rusiya neftinin dəniz yolu ilə ixracına 60 dollarlıq həddi tətbiq edib, lakin bu il qlobal neft qiymətlərinin artması Rusiya neftinin əksəriyyətinin tavandan yuxarı satılmasına səbəb olub. Plana əsasən, Danimarka Qərb sığortası olmadan Danimarka boğazlarından tranzit keçən tankerlərə nəzarət edəcək. "FT”-nin məlumatına görə, Baltik dənizi ilə nəql edilən bütün Rusiya nefti və ya ümumi dəniz ixracının təxminən 60%-i beynəlxalq bazarlara çıxarkən Danimarka boğazlarından keçir. 

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen Vaşinqtonun Rusiya nefti üçün müəyyən edilmiş qiymət tavanını pozduğuna görə sərt tədbirlər görməyə hazırlaşdığını bildirib. 

"Reuters”in məlumatına görə, ABŞ Maliyyə Nazirliyi 30 ölkənin gəmiçilik şirkətlərindən Rusiya neftini qiymət tavanından artıq daşımaqda şübhəli bilinən yüzə yaxın gəmi haqqında məlumat istəyib. BEA-nın məlumatına görə, dünya bazarında neftin qiymətinin aşağı enməsi səbəbindən oktyabrda Rusiya neftinin orta çəkili qiyməti bir barel üçün 80,66 dollara düşüb. Bununla belə, o, hələ də G7-nin təyin etdiyi 60 dollar limitindən xeyli yuxarıdır. Oktyabrda Moskva xam neft və neft məhsullarının ixracından 18,34 milyard dollar əldə edib. Rusiyanın xaricə neft satışından aylıq gəlirləri 2022-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə yaxın olaraq qalır. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->