Xəbər lenti

Danimarka Rusiya səfirlik əməkdaşlarının sayını azaldır
Dünya15:30 01.09.2023

Danimarka Rusiya səfirlik əməkdaşlarının sayını azaldır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Danimarka Xarici İşlər Nazirliyi cümə günü Rusiyanın Kopenhagendəki səfirliyinin əməkdaşlarının qarşılıqlı prinsip əsasında ixtisar edildiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda deyilir .
Nazirlik cümə günü Rusiya səfiri Vladimir Barbinə bildirib ki, Kopenhagendəki səfirliyin əməkdaşları Danimarkanın Moskvadakı səfirliyinin əməkdaşlarına uyğun olan səviyyəyə - 5 diplomata və 20 inzibati-texniki işçiyə qədər azaldılmalıdır.
"Danimarka və Rusiya uzun müddətdir ki, Danimarka və Rusiyadakı səfirliklərin tam fəaliyyətini təmin etmək üçün Danimarkanın Moskvadakı səfirliyinin danimarkalı əməkdaşlarına vizaların verilməsi ilə bağlı danışıqlar aparırlar. Bu danışıqlar heç bir nəticə verməyib, çünki Rusiya tərəfi dəfələrlə Rusiya kəşfiyyatçıları üçün viza sorğularını bu danışıqlara daxil etməyə çalışıb”, - məlumatda deyilir.
Rusiyanın Danimarkadakı səfirliyinin işçilərinin sayının azaldılması ilə bağlı qərar sentyabrın 29-dək başa çatdırılmalıdır. Diplomatik qurumun işçilərinin hazırkı sayı dəqiqləşdirilməyib.
Xatırladaq ki, 2022-ci ilin aprelində Danimarka Xarici İşlər Nazirliyi Rusiya səfirliyində gizli işləyən 15 rusiyalı kəşfiyyatçının ölkədən çıxarıldığını elan edib. 
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Avropa dövlətləri diplomatik pərdə altında səfirliklərdə işləyən yüzlərlə rusiyalı kəşfiyyatçının ölkələrindən qovublar. 
Nizami Bağırov