Xəbər lenti

Danimarka və İspaniya Kiyevə yeni silah tədarükü söz verdilər
Dünya14:05 21.04.2022

Danimarka və İspaniya Kiyevə yeni silah tədarükü söz verdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevə gələn Danimarka və İspaniya baş nazirləri Ukraynaya əlavə silah tədarükü söz veriblər.
Qaynarinfo "Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Danimarka baş naziri Mette Frederiksen bildirib.
"Biz Ukraynaya daha çox silah göndərməyi planlıyırıq, çünki indi ən çox ehtiyac olan şey budur”, - Frederiksen deyib.
Danimarka baş nazirinin administrasiyası bildirib ki, Ukrayna prezidenti Zelenski ilə görüşdə ukraynalılara əlavə dəstək və müharibə cinayətləri və insan haqları pozuntularının cəzalandırılması məsələləri müzakirə ediləcək.
Nurlan Hüseynov