Xəbər lenti

Danimarkada 4 şübhəli həbs edildi
Dünya20:01 07.04.2016

Danimarkada 4 şübhəli həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Danimarka polisi Kopenhagendə İŞİD qrupu ilə əlbir olmaqda şübhəli bilinən 4 nəfəri həbs edib.

Ünvanlardan birində silah və sursat aşkar edilib. 4 nəfərə qarşı ittiham irəli sürülüb. Onların terror törətmək üçün Suriyadakı İŞİD tərəfindən ələ alındıqları bildirilir. Bu barədə Danimarka polisi məlumat verir.

Danimarka hakimiyyətinin məlumatına görə, 2012-ci ildən bu yana Suriya və İraqdakı yaraqlılara qoşulmaq üçün ölkədən 125 nəfərdən çox adam gedib. Təhlükəsizlik xidməti hesab edir ki, ölkəyə dönənlər terror aktları törədə bilərlər.

Qeyd edək ki, 2015-ci ilin fevralında Kopenhagendəki sinaqoqa hücum nəticəsində 2 nəfər ölüb. Polis həmin vaxt yaraqlını güllələyib və onun cihadçılarla əlbir olduğu üzə çıxıb. (Azadlig.org)

Qaynar.info