Xəbər lenti

Dünya 22:45 12.08.2023

Danimarkalılar Quranın yandırılmasının əleyhinə çıxdı

Danimarkalıların 51%-i Quranı yandırmaq üçün edilən hərəkətləri pisləyir. 

Qaynarinfo xəbər verir ki, bu nəticəni "Megafon"un sorğusu göstərir. Sorğunun nəticələrini Danimarkanın TV2 telekanalı təqdim edib.

Sorğuda 1008 respondent iştirak edib və avqustun 10-da başa çatıb. Sorğuda iştirak edənlərdən bu cür hərəkətlərə qadağa qoyulmasını dəstəkləyib-istəməmələri soruşulub. İştirakçıların 39%-i qadağanın əleyhinə səs verib, 10%-i öz qərarsız qalıb.

Eyni zamanda, sorğu onu da göstərib ki, sorğuda iştirak edənlərin böyük əksəriyyəti - 84%-i "hamının, o cümlədən xoşagəlməz və ifrat fikirlərə sahib olanların söz azadlığının mövcud olduğu cəmiyyətdə yaşamağın vacibliyi” qənaətindədir.

Sorğunun keçirilməsinə səbəb Danimarka hökumətinin dini simvolların yandırılmasını qadağan edən qanunvericilik təşəbbüsü olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->