Xəbər lenti

Danışılmış oyunlara görə 10 nəfər yarışlardan uzaqlaşdırıldı
İdman06:59 19.01.2023

Danışılmış oyunlara görə 10 nəfər yarışlardan uzaqlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
10 çinli snuker oyunçusu danışılmış oyunlara görə cəzalandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Peşəkar Bilyard və Snuker Assosiasiyası (WPBSA) qərar çıxarıb. 10 çinli bilyard oyunçusuna danışılmış oyunların təhqiqatı səbəbi ilə qadağa qoyulub.
Qurumdan verilən açıqlamada istintaq başa çatana qədər oyunçuların WPBSA tərəfindən təşkil edilən Dünya Snuker Turunda həmçinin digər tədbirlərdə iştirak etməkdən və yarışmaqdan uzaqlaşdırılıdığı bildirilib.
Danışılmış oyunlarda adı hallanan Lianq Venbo, Li Hanq, Lu Ninq, Yan Binqtao, Zao Xintonq, Zanq Jiankanq, Çen Zifan, Çanq Binqyu, Zao Jianbo və Bai Lanqninqdir. 
Səbuhi Həsənov