Xəbər lenti

Dar sənaye maraqları, Avropada liderlik problemi...
Dünya12:25 28.06.2023

Dar sənaye maraqları, Avropada liderlik problemi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dar sənaye maraqları, Almaniya və Fransa kimi ölkələrin liderliyinin olmaması Avropanın Rusiyanın Ukraynadakı müharibəsinin tələb etdiyi kimi müdafiə sahəsində əməkdaşlığı gücləndirməsinə mane olur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Münhen Təhlükəsizlik Konfransının iyunun 28-də açıqladığı hesabata əsasən yazır.
"Avropanın həlledici müdafiə qabiliyyəti boşluğu hələ də siyasi liderlik tələb edir” başlıqlı hesabat müdafiə sahəsində daha güclü siyasi liderliyə ehtiyac olduğunu vurğulayır. 
Hesabatda müharibənin başlanmasından bəri Avropanın müdafiəsində irəliləyişin əldə edildiyini qeyd edilsə də, Avropanın hələ də pisləşən qlobal təhlükəsizlik şəraitinin öhdəsindən gəlmək üçün mübarizə apardığını bildirir. 
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqının baş diplomatı Cozep Borrell Aİ-nin Ukraynaya dəstəyini və birgə satınalma təşəbbüslərini fəal şəkildə təşviq edərkən Almaniya və Fransa "hərəkətsiz" görsənir. 
"Olaf Şolts hökuməti dövründə Almaniya Aİ-nin müdafiə məsələlərində iştirak etmədiyi üçün daim tənqid olunur”, hesabatda deyilir. "Bu arada, Fransa kollektiv Avropa maraqlarını deyil, dar sənaye maraqlarını güdür", deyə əlavə olunur.
Hesabat müəllifləri təəssüflə qeyd ediblər ki, hər iki ölkənin Ukraynaya silah tədarükü qərarını gecikdirməsi, eləcə də Şərqi Avropa ölkələrinin Rusiya qarşısındakı qorxularına etinasız yanaşması onların Şərqi Avropadakı nüfuzuna, eləcə də birgə müdafiə təşəbbüslərinə xələl gətirib.
"Etimadın bərpa edilməsi Almaniya və Fransanın məsuliyyətidir", hesabatda deyilir və qeyd edilir ki, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində zamanın əsas əhəmiyyəti var.
Nizami Bağırov