Yazıçı Həmid Hersiçi Beynəlxalq Avrasiya Hərəkatının lideri, filosof Aleksandr Duqinin qızı Darya Duqinaya qarşı sui-qəsdlə bağlı sensasion iddia səsləndirib.
Qaynarinfo yazıçının olayla bağlı fikirlərini təqdim edir:
"Casuslar həmişə öz məzaraları üzərinə gül çələngləri qoyurlar.
Darya Duqina, sağdı. Ölməyib. Partlayış, saxtadı.
Avromobili avtopilot idarə edib. Salonda yanıb kül olan Darya Duqina deqil.
Cansız müqəvvadır.
Əməliyyatı QRU, yəni ordu kəşfiyyatı həyata keçirib.
Ssenari ilə bax bu "Dostların sirri" serialında tanış ola bilərsiz. Filmin 5 seriyasına baxın. Axırına. 47-49 dəqiqəyə.
Filmin də, Darya Duqina qətlinin ssenarisi də eynidir - ata, Aleksandr Duqin kimi, QRU generalıdır. Qızı kəşfiyyat məktəbində təhsil alır. Casus olmağın isə vacib, oturuşmuş, pozulmaz şərti var - gərək əvvəlcə, sonuncu kursda öləsən. Özü də, gərək məhz yanıb külə çevriləsən. İzi qalmamalıdır. Elə cəsədin də.
Özü də, məhz, doğma atanın gözü önündə baş tutmalıdır bu atəşfəşanlıq...
Bu Janna Dark taleyi, operativ sənədlərdə "Feniks" rəmzi ilə işarələnir.
Qəbrin qazılır... estetik əməliyyat... yeni şəxsiyyət sənədləri... yeni sifət, yeni bioqrafiya.
Qısası, Darya Duqina da atası Duqin kimi, babası kimi QRU generalı olacaq.
İlk addım atıldı.
Filmə diqqətlə baxın. O, əyani vəsaitdi. Kəşfiyyat məktəblərində tədris filmi kimi kursantlara göstərilir.
Filmi şəkən "Централ Партнершип” şirkəti FSB, yaxud QRU studiyasıdır. Həm casus seriallarını çəkir, həm də casus əmliyyatlarını modelləşdirir.
Buna "itoratsiya" deyirlər. FSB və QRU bir çox əməliyyatlarını məhz bu ünvanda modelləşdirir. Qısası, yeni həyatın mübarək, Darya Duqina...
P.S. Ortaya yanlış, saxta xətlər atılacaq. Tam kənar şəxlər cəzalandırılacaq. Bir-iki ölkə cinayət ortağı elan ediləcək...
Beş-on il sonra Darya atası ilə gəlib öz məzarını ziyarət edəcək. Gül qoyacaq öz məzarı üzərinə.
Həlləlik bu qədər. Araşdırmalarım davam edir.
Darya Duqinanın gələcək həyatı, bioqrafiyası ilə tanış olmaq istəyirsinizsə, hə... bu filmin 15-16-cı seriyalarına baxın.
Hə... unutmuşdum az qala...
Əməliyyatın əsas şərtinə görə, Darya məhz öz atasının gözü qarşısında yanıb külə çevrilməlidir.
Filmdə də, həyatda da eynən bu nuansa əməl edilib...”