Müstəntiqlər belə qənaətə gəliblər ki, filosof-təbliğatçı Aleksandr Duqinin qızı Darya Duqinanın idarə etdiyi avtomobili izlənilib və onu uzaqdan partladıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat
yayıb.
"Mash”ın məlumatına görə, müəyyən edilə bilməyən telefonları olan şəxslər Duqinanın avtomobilini izləyib. İstintaqa yaxın mənbələr avtomobildəki partlayıcı qurğunun bu telefonlardan birindən gələn zəngdən sonra işə düşdüyünü iddia edir.
Xatırladaq ki, avqustun 20-də axşam saatlarında Moskva vilayətində 29 yaşlı Darya Duqinanın avtomobili Moskva yaxınlığındakı Zaxarova malikanəsində keçirilən "Ənənə” festivalından qayıdarkən partlayıb. Partlayış avtomobilin yola çıxmasından cəmi 10 dəqiqə sonra Mojaysk şossesinin Bolşıye Vyazmı kəndi yaxınlığında baş verib. Dugina avtomaşını özü idarə edib, o, yerindəcə ölüb.
Aleksandr Duqinin dostları iddia edirlər ki, o, özü də maşına minməliymiş, lakin son anda fikrini dəyişərək başqa maşına əyləşib. İstintaq Komitəsi "ümumi təhlükəli üsulla qətl” maddəsi ilə cinayət işi açıb.
Bombanı malikənin avtomobil dayanacağında qoyulduğu iddia edilir. Bir gün əvvəl REN TV mənbələrə istinadən xəbər vermişdi ki, iki həftədir, dayanacaqda müşahidə kameraları işləmirmiş.
"Hazırda avtomobilin alt hissəsində sürücü tərəfində partlayıcı qurğunun qoyulduğu artıq müəyyən edilib. <...> Əldə edilmiş məlumatları nəzərə alaraq, istintaq cinayətin əvvəlcədən planlaşdırılmış və sifarişli olduğunu hesab edir", - İstintaq Komitəsinin bəyanatında deyilir.
Nizami Bağırov