Xəbər lenti

Daşnaksütyun Dağlıq Qarabağın tanınmasına qarşı çıxdı
Ölkə14:31 12.11.2013

Daşnaksütyun Dağlıq Qarabağın tanınmasına qarşı çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ermənistan müxalifəti Qarabağla bağlı separat addıma getməməlidir”.

Bunu parlamentdə "Daşnaksütyun”dan deputat fraksiyasının rəhbəri Armen Rustamyan bu gün "İrs” fraksiyasından separatçı qurumun tanınması haqda parlamentə təqdim olunan qanun layihəsinə münasibət bildirərkən deyib.     

"Yeni Müsavat"-ın erməni mətbuatına istinadən verdiyi xəbərə  görə, Rustamyan bildirib ki, "danışıqların indiki hakimiyyət tərəfindən aparılmasına anlaşıqla yanaşmaq lazımdır və  Qarabağ məsələsi uzlaşdırılmış mövqe əsasında həllini tapmalıdır”.

"O ayrı məsələ ki, əgər biz Dağlıq Qarabağı tanımamaq yolu ilə gediriksə, o zaman Ermənistan üzərində mütləq "DQR”in təhlükəsizlik qarantı statusunu təsdiqləməliyik. "DQR”in tanınması ilə bağlı qanun layihəsi bir neçə dəfə parlamentin gündəliyinə daxil edilib və həmişə rədd edilib. Başa düşmək lazımdır ki, bu addım indi məqsədəuyğun deyil”, - deyə daşnak əlavə edib.

Qaynar.info