
Yəmənin cənubunda yerləşən Taiz əyalətində baş vermiş daşqın zamanı toya gəlmiş 27 nəfər qonaq həlak olub.
ANS PRESS ərəb mətbuatına istinadən bildirir ki, Vadi Nahla bölgəsində baş vermiş daşqın toy kortecinin bir neçə avtomobilini aparıb. Həlak olanlar arasında qadın və uşaqlar var.
Qeyd edək ki, gəlini xilas etmək mümkün olub.
Qaynar.info