Xəbər lenti

Davudoğlu baş nazir olacaq
Dünya12:48 30.05.2014

Davudoğlu baş nazir olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış türkiyəli jurnalist Fatih Altaylı Rəcəb Tayyib Ərdoğanın Türkiyənin prezidenti seçiləcəyi təqdirdə ölkənin Baş nazirinin mümkün kimliyinə aydınlıq gətirib. 

Axar.az xəbər verir ki, Altaylı həmin şəxsin hazırkı Xarici İşlər naziri Əhməd Davudoğlu olacağını real sayıb. 

Altaylının sözlərinə görə, Ərdoğan dövlət başçısı seçilərsə, 2015-ci ilin sonuna qədər Ədalət və İnkişaf Partiyasına Baş nazirin səlahiyyətlərini müvəqqəti icra edəcək Bülənt Arınç, daha sonra isə, artıq hökumət başçısı olacaq Əhməd Davudoğlu sədrlik edəcək. 

Nədən Abdulla Gülün Baş nazirliyi məsələsinin real saymaması məsələsinə aydınlıq gətirən Altaylı əlavə edib ki, Ərdoğan bir çevik prezidentlik institutu yaratmaq istəyir, belə olan təqdirdə Çankaya ilə hökumət üzvləri arasında olduqca reaksiyalı şəxsə ehtiyac duyulacaq. Həmin statusa da daha çox Əhməd Davudoğlunun göstəriciləri uyğun gəlir.

Qaynar.info