Xəbər lenti

Davudoğlu Con Kerri ilə Qarabağdan danışdı
Dünya20:03 07.04.2013

Davudoğlu Con Kerri ilə Qarabağdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycan ərazisi təcavüzə məruz qalıb”

İstanbulda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib. APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, İsrail-Fələstin münaqişəsi ətrafında vəziyyət, Suriya, Kipr, həmçinin Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ problemi də müzakirə olunub. 

“Türkiyə-Ermənistan münasibətləri məsələyə kompleks yanaşma tələb edən həlledici əhəmiyyət daşıyır. Minsk prosesinə təkan, impuls verilməlidir. Azərbaycan ərazisi təcavüzə məruz qalıb, bu məsələnin həllində konkret addımların atılması zəruridir”, - deyə Ə. Davudoğlu görüşdə bildirib.

O qeyd edib ki, Türkiyə və ABŞ bu məsələlərə gələcəkdə də toxunmalı və diqqət yetirməlidir./anspress/