
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu dekabrın 12-də Ermənistana səfər edəcək.
Ans press-in xəbərinə görə, o, İrəvanda Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.
Bu barədə Davudoğlu Kiyevdə ATƏT xarici işlər nazirləri şurasının iclasında keçirilmiş mətbuat konfransında bildirib. Türkiyəli nazir bu qərarı baş nazir Rəcəp Tayyip Ərdoğanla məsləhətləşmədən sonra verdiyini deyib.
Qaynar.info