Xəbər lenti

“Davudun sapandı”na o vaxt məhdudiyyət qoyula bilər ki..." - Ekspert
Dünya11:19 04.08.2023

“Davudun sapandı”na o vaxt məhdudiyyət qoyula bilər ki..." - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ İsraillə birgə hazırlanmış "Davudun sapandı” ("David's Sling”) hava hücumundan müdafiə sisteminin satışına icazə verib. Finlandiya bu silahları əldə edən ilk xarici ölkə olacaq.
Məsələni Qaynarinfo-ya şərh edən hərbi ekspert Şair Ramaldanov hesab edir ki, proses dövlətlərarası hərbi texniki əməkdaşlıq çərçivəsində həyata keçiriləcək:
"Müdafiə qurğularının alışına o vaxt məhdudiyyətlər qoyula bilər ki, o hələ məxfilik çərçivəsindədir və onu bir deyil, bir neçə ölkə birlikdə istehsal edir. Əgər ABŞ-la İsrail arasında "Davudun sapandı”nın satışı ilə bağlı razılıq əldə olunubsa, Finlandiyanın adıçəkilən qurğuları alması heç bir problem yarada bilməz. İsraillə ABŞ arasında olan razılaşmanın nəticəsi olaraq  qurğular satılır və ona ehtiyacı olan Finlandiya onu alır. Burada qeyri-adi heç nə yoxdur”.
Qeyd edək ki, Rafael Advanced Defense Systems tərəfindən istehsal olunan "David's Sling” 40-300 kilometr (25-185 mil) məsafədə raketləri ələ keçirməyə qadirdir. "Sehrli çubuq” kimi də tanınan "David's Sling” 2017-ci ildən İsraildə fəaliyyət göstərir və İsrailin orta səviyyəli çoxqatlı raketdən müdafiə sisteminin bir hissəsidir. 
Röya Kərimli