Xəbər lenti

Daxili İşlər Nazirliyinin qarşısında intihara cəhd
Ölkə10:05 23.02.2016

Daxili İşlər Nazirliyinin qarşısında intihara cəhd

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
46 yaşlı şəxs Bakıda özünü yandırmağa cəhd edib. 
Lent.az xəbər verir ki, dünən Abşeron rayonunun Güzdək qəsəbə sakini, 1971-ci il təvəllüdlü Əliyev Talıb Vəli oğlu Daxili İşlər Nazirliyinin qarşısında üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. 
Polis tərəfindən cəhdin qarşısı alınıb.
İlkin araşdırma zamanı məlum olub ki, T.Əliyev Abşeron RPŞ-dən şikayətçidir.
Araşdırma aparılır.
Qaynar.info