Rusiyanın başlatdığı müharibə və yaşanan humanitar fəlakət səbəbilə Ukrayna iqtisadiyyatı bu il yarıya qədər kiçiləcək.
Qaynarinfo "The Guardian" qəzetinə istinadən xəbər verir ki, bu haqda Dünya Bankının məlumatında
deyilir.
Məlumata görə, ölkənin cənubunda Qara Dəniz limanlarının blokadada qalması və şərq hissəsində sənayenin viran edilməsi nəticəsində Ukrayna iqtisadiyyatı 45% kiçiləcək.
Həmçinin Rusiyanın özünün də iqtisadi geriləyəcəyini və Ukrayna ətrafındakı ölkələrin də kəskin qıtlıqla üzləşəcəyi bildirilir.
"Müharibə insan həyatına dağıdıcı təsir edir və hər iki ölkədə iqtisadi dağıntıya səbəb olur, o həmçinin Avropa, Mərkəzi Asiya və dünyanın qalan hissəsində əhəmiyyətli iqtisadi itkilərə səbəb olacaq”, - açıqlamada deyilir.
Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Goergiyeva müharibənin qlobal maliyə böhranı yaratmayacağını, ancaq konfliktə yaxın ölkələrdə kəskin geriləmə olacağını deyib.
Dünya Bankı bildirir ki, pandemiyadan sonra ikinci şok region boyunca iqtisadi hasilatda 4.1% geriləmə yaradacaq.
Həmçinin Rusiya iqtisadiyyatının da 11.2 % kiçiləcəyi gözlənilir.
Bildirilir ki, hazırki müharibə ən çox bəzi post-sovet ölkələrini vuracaq.
Nurlan Hüseynov