Xəbər lenti

DÇ-2026: Fransa - İraq oyunu 4 saat sonra bitdi
İdman 08:52 23.06.2026

DÇ-2026: Fransa - İraq oyunu 4 saat sonra bitdi

Futbol üzrə dünya çempionatında Fransa İraq millisini məğlub edib.
 
Qaynarinfo-nun məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar 3:0 hesabı ilə qələbə qazanıblar.

Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.
--> -->