Futbol üzrə dünya çempionatı davam edir. Ötən axşam Niderland - Yaponiya ilə qarşılaşıb.
Qaynarinfo xəbər verir ki, Dallas stadionunda keçirilən F qrupunun matçında məhsuldar heç-heçə qeydə alınıb - 2:2.
Avropa təmsilçisinin heyətində Vircil van Deyk (50) və Krisensio Sammervill (64) fərqləniblər. Asiyalıların qollarını isə Keito Nakamura (57) və Daiti Kamada (88) vurublar.
E qrupunda Ekvador seçməsi ilə qarşılaşan Fildişi Sahili 1:0 hesablı qələbə qazanıb.
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Aftika təmsilçisi qələbə qolunu 90-cu dəqiqədə vurub. Hücumçu Amad Diallo diqqət mərəzinə düşməyi bacarıb.
İsveç isə Tunisi məğlub edib. Monterrey stadionunda keçirilirən F qrupunun matçında avropalılar 5:1 hesablı qələbəyə sevinib.
İsveçin qollarını Yasin Ayyari (7, 90+6), Aleksandr İsak (30), Viktor Dyökereş (59) və Mattias Svanberq vurublar. Tunisin yeganə qolu Omar Rekikin (43) aktivinə yazılıb.
Şərhlər