Xəbər lenti

DÇ-2026: Norveç və Əlcəzair qələbə qazandı
İdman 09:09 23.06.2026

DÇ-2026: Norveç və Əlcəzair qələbə qazandı

Futbol üzrə dünya çempionatında Norveç Seneqala qalib gəlib.

Qaynarinfo-nun məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar 3:2 hesablı qələbəyə seviniblər.

Norveçin qollarını Markus Pedersen (43) və Erlinq Holann (48, 58) vurublar. Seneqalın heyətində isə İsmaila Sarr (53, 90+3) dublla yadda qalıb.
 
Əlcəzair isə İordaniyaya qalib gəlib. I qrupunun II turunun matçı 2:1 hesabı ilə yekunlaşıb.

Matçda hesabı 36-cı dəqiqədə İordaniya yığmasının üzvü Nizar Əl-Rəşdan açıb.

Əlcəzair komandasının heyətində Nadir Benbuali 69-cu, Amin Quiqi 82-ci dəqiqədə fərqlənib.
--> -->