
Kriminal aləmin “xaç atası” hesab edilən Ded Xasan (Aslan Usoyan) öldürüldükdən sonra oğru dünyasında baş verən proseslər hələ də tam olaraq açılmayıb.
Oğru dünyasında baş verənlərlə bağlı yazıları ilə məşhur olan yazışı Sergey Qaloyan bu barədə maraqlı açıqlamalarla çıxış edib.
AzNews.az xəbər verir ki, S.Qaloyan Ded Xasanın öldürüldükdən sonra Miron bir gün ərzində “xaş atası”nın kreslosunda əyləşdiyini bildirib. Bu günlərdə “Xurma” restoranında saxlanılan 32 yaşlı “qanuni oğru”, Miron ləqəbli Dmitri Çanturiya Ded Xasanın qohumudur.
Ancaq Ded Xasandan fərqli olaraq onun adının qanlı olaylara qarışmadığı bildirilir. Qaloyanın sözlərinə görə, Ded Xasanın tapşırığına əsasən Miron daha böyük işlərlə məşğul olub. Ölümündən sonra isə bir günlük Ded Xasanı əvəz edib. “Ancaq tezliklə ona başa salıblar ki, heç zaman Ded Xasanı əvəz edə bilməz”, - deyə Qaloyan qeyd edib.
Qaloyan Soçi Olimpiadası öncəki vəziyyətə yoxunaraq bütün mübahisəli məsələlərin yarışdan sonra həll ediləcəyini vurğulayıb.
Qeyd edək ki, “Xurma” restoranında saxlandıqdan sonra əleyhinə heç bir ittiham olmadığına görə sərbəst buraxılan Miron 13 illik “oğru” həyatında cəmi bir dəfə narkotik saxlaması ittihamı ilə məsuliyyətə cəlb olunub. Bunu isə bəzi dairələrdə “Miron onunla maraqlanan təşkilatlarla əvvəlcədən razılışama əldə edir” fikrinin yaranmasına səbəb olub.
Qaynar.info