Xəbər lenti

Dəfn sərgisi: Müsəlmanlar üçün tabut (FOTOLAR)
Dünya11:28 26.11.2017

Dəfn sərgisi: Müsəlmanlar üçün tabut (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransada 30 ildir təşkil edilən dəfn sərgisində ilk dəfə müsəlmanlar üçün tabut nümayiş edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Parisin "Le Bourget" sərgi mərkəzində təşkil edilmiş tədbirdə 250 firma iştirak edib. Dəfn mərasimində istifadə edilən əşyaların nümayiş edildiyi sərgidə tabutlar, başdaşı üçün mərmər modelləri və s. yer alıb.
"Linkeuil" adlı firma isə müsəlmanlar üçün nəzərdə tutduğu tabutu təqdim edib. Tabut nəşin böyrü üstündə, İslam qaydasına uyğun olaraq üzü qibləyə doğru qoyulması üçün dizayn edilib. Firma bir çox Avropa ölkəsindən sifariş aldıqlarını bildirir. 
3 gün davam edəcək sərgidə vəfat etməmiş şəxslər özünə tabut bəyənməyə gəlib. 
Bəzi tabutların üzərində yerləşən heyvan rəsmləri, ölən şəxsin fotosu və s. şəkillər diqqəti çəkib.
Gülşən