Xəbər lenti

Dəfnindən 13 gün sonra tapıldı - ŞOK
Dünya17:55 25.08.2013

Dəfnindən 13 gün sonra tapıldı - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da öldüyü ehtimal olunan Şerolin Cekson 13 gün sonra dəlixanada ortaya çıxıb. 

Qaynar.info xəbər verir ki, Filadelfiya ştatında yaşayan Şerolin Cekson birdən birə yoxa çıxıb. 50 yaşlı qadının ailəsi polisə onun itdiyi haqda məlumat vermişdi. 

Aparılan axtarışlardan sonra evlərinə yaxın bir yerdə Ceksona oxşayan bir qadın cəsədi tapılıb. Oğlu və iş yoldaşı cəsədin Cekson olduğunu da təsdiq ediblər. 

Hətta ailəsi Cekson üçün dəfn mərasimi də təşkil edib. Ancaq dəfndən iki həftə sonra qadının ölmədiyi, dəlixanaların birində olduğu ortaya çıxıb. Ceksonun atası fotoda göstərilən qadının qızına çox oxşadığını, bu səbəbdən səhv etdiyini deyib. 

Qaynar.info