
Hindistanın Mumbay şəhərində dəhşətli izdiham nəticəsində faciə baş verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Elphinstone" küçəsi ilə qatar stansiyasını bir-birinə bağlayan keçiddə yaranan sıxlıq nəticəsində izdiham yaşanıb və 21 nəfər dünyasını dəyişib. Azı 30 nəfərin yaralandığı bildirilir.
Yaralılar xəstəxanaya aparılıb.
Gülşən
Qaynarinfo.Az