Pakistanın Mərdan şəhərində dəfn mərasimi zamanı törədilmiş partlayış nəticəsində 28 nəfər ölüb, daha 55 nəfər isə yaralanıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, terrorçuların əsas hədəfi Hayber Paxtunxva əyalət parlamentinin həlak olmuş deputatı İmran Mohmand olub.
Məlumata görə, partlayışı terrorçu kamikadze törədib. Yaralılardan bir neçəsinin vəziyyəti kritikdir.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.