Xəbər lenti

Dəhşətli partlayış: ölənlər və yaralılar var
Dünya07:47 23.09.2013

Dəhşətli partlayış: ölənlər və yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağıstanın Tabasaran rayonunda baş vermiş partlayış nəticəsində 2 polis əməkdaşı ölüb, 20-yə yaxın adam yaralıb.
Yaralılar arasında polislərlə yanaşı, azyaşlılar da daxil olmaqla, mülki şəxslərin də olduğu bildirilir.

Anspess yazır ki, bu barədə Rusiya telekanalları Dağıstan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, partlayıcı qurğunu avtomobildə olan naməlum şəxs işə salıb. Partlayış Tabasaran rayon polis şöbəsinin girişində törədilib, partlayışın təsirindən yaxınlıqdakı yarımtikili bina da dağılıb.

Hazırda hadisə yeri Dağıstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Qaynar.info