Xəbər lenti

Dəhşətli qəza: qatar relsdən çıxdı, 871 ton neft gölə dağıldı
Dünya11:30 24.06.2018

Dəhşətli qəza: qatar relsdən çıxdı, 871 ton neft gölə dağıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Ayova ştatında neft daşıyan qatar relsdən çıxaraq aşıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 871 ton xam neft Kiçik Rok gölünə dağılıb.
BNSF Dəmiryolu şirkətinin sözçüsü Endi Uilyams hadisənin ətraf mühit üçün ciddi təhlükə olmadığını və gölün təmizlənməsi işlərinə başlanıldığını deyib.
Rəsmilər Kiçik Rok gölünün şiddətli yağış səbəbindən daşması nəticəsində qatarın relsdən çıxmış ola biləcəyini ehtimal edirlər.